Deziline MMC dezinfeksiya xidməti
info@deziline.com
Nizami ray, Nizami Abdullayev 1/1
info@deziline.com
+994502549393
Nizami ray, Nizami Abdullayev küçəsi 1/1

Dezinfeksiya

Dezinfeksiya xidməti

Profilaktik dezinfeksiya — infeksiya xəstəliklərini törədən mikrobların toplandığı yerlərdə xəstəliyin baş verməsindən və epidemik alovlanmanın yaranmasından asılı olmayaraq həyata keçirilən dezinfeksiyadır. Profilaktik dezinfeksiyanın əsas məqsədi – təhlükəsiz həyat şəraitinin formalaşması və qorunması məqsədilə infeksiya xəstəliklərinin əmələ gəlməsinə yol verməmək, mikrobların yayılmasının qarşısını almaq və obyekti normal sanitariya-gigiyenik vəziyyətində saxlamaqdır. Profilaktik dezinfeksiya əsasən insanların kütləvi toplaşdığı yerlərdə (hava limanları, dəmir yol vağzalları, gəmilər, sərnişin vaqonları, ticarət mərkəzləri, kinoteatrlar, konsert zalları, yataqxanalar, bazarlar və s.), sərnişinlərin və qida məhsullarının daşınmasını həyata keçirən avtonəqliyyatlarda, qida məhsullarının istehsalı müəssisələrində, ictimai iaşə və qida məhsullarının ticarəti obyektlərində, supermarketlərdə, yaşayış evlərində, ofislərdə, təhsil müəssisələrində, sanatoriyalarda, otellərdə, biznes mərkəzlərində, klinikalarda, idman klublarında, SPA – mərkəzlərində, üzgüçülük hovuzlarında, məişət xidməti sahəsində, gözəllik salonlarında və bir çox digər sahələrdə daima həyata keçirilir. Qapalı ərazilərin istifadəsi zamanı həmin ərazilərdə sağlamlığa mənfi təsir göstərən mikroblar və viruslar tədricən toplanır. Bu ərazinin hər bir kvadrat metrindən nə qədər çox insan axını keçirsə, o zaman mikro – bakterioloji çirklənmə səviyyəsi də bir o qədər yüksək olur. Qapalı ərazilərin profilaktik dezinfeksiyası əlverişsiz mikroiqlimin yaranmasının qarşısını almağa yardım edir, bakteriya və virusların çoxalması üçün münbit şəraiti aradan qaldırır. Yalnız profilaktik dezinfeksiyanın mütəmadi olaraq keçirilməsi zamanı dezinfeksiyanın təsiri effektiv olur. Əgər qapalı ərazilərin gündəlik olaraq təmizlənməsi səthlərdə toplanan çirk və tozla bağlı problemləri həll etməyə icazə verirsə, o zaman profilaktik dezinfeksiyanın əsas vəzifəsi – adi təmizləyici vasitələrin öhdəsindən gələ bilmədikləri problemlərin aradan qaldırılmasından və daha dərindən təmizləmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Yalnız profilaktik dezinfeksiya zərərli bakteriyaların, virusların və göbələklərin yaratdıqları xəstəliklərin geniş spektrinə yoluxmaq imkanından insanı müdafiə edə bilər.
Image