Deratizasiya
Dezratizasiya xidməti
Deratizasiya - insana xas olan yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan, insanlara, müəssisələrə, biznesə, şəxsi mülkiyyətə iqtisadi zərər verən ziyanlı gəmiricilərin məhv edilməsi üzrə kompleks tədbirlərdir. Gəmiricilər demək olar ki, hər yerdə yayılmışlar. Onlar fəsildən asılı olmayaraq il ərzində çoxalırlar. Bir dişi fərd il ərzində 50-yə yaxın yeni gəmirici nəsili dünyaya gətirir. Siçan və siçovullar ətraf şəraitə yaxşı uyğunlaşırlar və mənfi temperaturda sağ qala bilirlər. Gəmiricilər ev heyvanları və insanları bir çox təhlükəli xəstəliklərə yoluxduran mikrobların və çoxlu sayda parazitlərin təbii daşıyıcılarıdır. Onlar ağır infeksiyaların yayılmasına səbəb olurlar, həmçinin təhlükəli olan HİV xəstəliyini daşıya bilərlər. Əsas zərəri siçan və siçovullar öz nəcisi ilə ərzaq məhsullarını çirkləndirməklə yetirir. Bütün bunlardan əlavə öz ərazilərini işarələyirlər, ona görə də gəmiricilərin olduğu otaqlarda xoşagəlməz qoxu olur. Qida rasionlarında isə insanın qidalandığı bütün ərzaq məhsulları daxildir, məhz bu onların təhlükəsini artırır. Onlar taxıl təsərrüfatına zərər yetirirlər, qida və ərzaq məhsullarını korlayırlar, kitabları, mebelləri, geyimləri gəmirərək ciddi maddi zərər vururlar. Siçanlar yanğınlara səbəb ola bilərlər, belə ki, onlar izolyasiyasını zədələyərək naqilləri gəmirirlər. Adi siçanın gətirdiyi zərər barədə hamının məlumatı vardır. Lakin çoxları anlaya bilmir ki, siçanla mübarizəni yalnız peşəkarlara tapşırdıqda effektiv nəticə verə bilər. Siçanlarla mübarizə üçün bugünkü sənaye ən müasir mübarizə vasitələri hazırlasa da onlardan tamamilə can qurtarmaq olmur. Səbəb mübarizə vasitələrinin qeyri-effektiv olması deyildir, səbəb bu gəmiricilərin ağıllı və hiyləgər olmasıdır. Onlar hər tələ yemini yemirlər, həm də onlarda bir sıra zəhərlərə qarşı immunitet yaranır. Ona görə də fərdi qaydada gəmiricilərdən can qurtarmaq qeyri-mümkündür. Bu gəmiricilər hər şeyi yeyirlər, üstəlik bunula bərabər onlar müntəzəm olaraq parça, mebel, rezin məmulatları və kitablar gəmirirlər. Siçan və sçox ağıllı, hiyləgər və tez uyğunlaşan heyvanlardır, lakin hər şeyi yeməklərinə baxmayaraq heç də bütün zəhərli tələ yemini yemirlər. Ona görə də bu gəmiricilərlə mübarizə çox mürəkkəbdir. Qurtulmaq çətin olan siçovullar iqtisadi zərər də yetirə bilərlər: onlar kommunikasiyaları və elektrik şəbəkələrini zədələyir, qida və ərzaq məhsullarını məhv edir, mebel və əşyaları körlayırlar. Onlar taun, səpmə yatalaq, salmonellyoz, hepatit, marsel qızdırması kimi təhlükəli yoluxucu xəstəliklərin daşıyıcıları olaraq xüsusi təhlükə yaradırlar. Bundan əlavə onlar birə, vəba və qızıl qızdırma da yaya bilərlər. Ona görə də bu gəmiricilərlə mübarizə sağlamlığınızın qorunması üçün ən zəruri tədbirdir.