Dezinseksiya
Dezinseksiya xidməti
Dezinseksiya — infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün aparılır. Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklərin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxaldığı yerlərin planlı surətdə dərmanlanıb, onların tələf edilməsi və s. aiddir. Epidemik məqsədlə aparılan dezinseksiya yataq ləvazimatlarının, eləcə də infeksiya ocağındakı bütün adamların eyni vaxtda hamamda yuyundurulmasıdır. Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır. Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir. Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunurlar. Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.